Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb.

“FORD TRANZİT” markalı mikroavtobus “HOVO” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçala rayonunun Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Qəza zamanı xəsarət alan bir nəfər isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.