Loading

Hər bir xalqın, millətin mövcud olmasında, inkişafında, gələcəyinin müəyyən edilməsində həmin xalqın özünün zamanla yetişdirərək bəxş etdiyi böyük ictimai-siyasi xadimlərin, dahi şəxsiyyətlərin müstəsna xidmətləri olur. Məhz həmin şəxsiyyətlər dərin təcrübələri, vətənsevərlikləri hesabına xalqının xilaskarına çevrilir, dövlətin inkişaf tendensiyasını məharətlə analiz edib qəbul edərək onun inkişaf trayektoriyasını müəyyənləşdirir. Azərbaycan xalqının Ümummilli Lideri, dünyamiqyaslı siyasətçi Heydər Əliyev də məhz o siyasətçilərdən və xilaskarlardandır ki, vaxtında xalqını, dövlətini yox olmaq təhlükəsindən qurtardı. Müstəqilliyini bərpa etdikdən sonra yenə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanımızı abad, qüdrətli və iqtisadi cəhətdən heç bir dövlətdən asılı olmayan dövlətə çevirdi. Məhz bu amillər mərhum Heydər Əliyevin Azərbaycan xalqı tərəfindən əbədiyaşar Liderə çevrilməyinə, xalqın sonsuz dərin etimadını və sevgisini qazanmasına səbəb oldu. Ümummilli Lider Heydər Əliyevin 1991-ci ilin 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoymuş oldu. Heydər Əliyevin siyasi proseslərin həddən artıq çətin olduğu bir zamanda bu məsul vəzifəyə seçilməsi, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etməklə yanaşı, həm də blokadada yaşayan Naxçıvanın gələcək inkişaf strategiyasının təməlini atmış oldu. Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi qüdrətli siyasi xadimin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etməsinə böyük imkanlar yaratdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və qədim diyarın Azərbaycanın dövlətçilik ənənələrinə əsaslanaraq atmışdır. Tarixə nəzər saldıqda görürük ki, XX əsrin sonlarına doğru Sovet İttifaqının süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrlərdə yaşanan ölkədaxili və regional siyasi proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. Mənfur qonşumuz Ermənistan məkrli dayaqlarından istifadə edərək belə bir vəziyyətdə əsasız torpaq iddialarına başlamışdı. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə belək demək olarsa taleyin ümüdinə buraxılmışdı. Həmin dövrlər Naxçıvanın həyatında çətin  günlər kimi xarakterizə edilir. Belə bir siyasi çaxnaşmanın yaşandığı dövrdə, Heydər Əliyev kimi zəngin əmək və həyat təcrübəsi olan bir ictimai-siyasi xadimin 1990-cı ilin 22 iyulunda Azərbaycana qayıtması xalq arasında ölkənin gələcəyinə olan inamı gücləndirmişdi.  Heydər Əliyevin Azərbayacana – Naxçıvana dönüşü və 1991-ci ilin 3 sentyabrnda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçilməsi, təcrübəli dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü kimi qəbul edilir. Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrlər Azərbaycanın Müstəqillik tarixinin böyük məktəbinə çevrilmiş oldu. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir. Bu gün Heydər Əliyevin siyasi xəttinə sadiqlik, Ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsinə sədaqət nümunəsi göstərən Naxçıvan Muxtar Respublikası uğurla inkişaf etməkdədir. Ötən illər ərzində Naxçıvan ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə öz töhfələrini vermişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələri və siyasi xətt bu gün Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Fərid Əhmədov;

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir