Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müstəqillik dövründə cəmiyyət həyatının bütün sahələrində qazanılmış uğurlar gənclər qarşısında yeni imkanlar açmış, onların fiziki, intellektual və mənəvi potensialının gücləndirilməsi, innovativ ideya və təşəbbüslərinin reallaşdırılması, sosial problemlərinin həlli və ictimai fəallığının artırılması yönündə ardıcıl tədbirlərin həyata keçirilməsini mümkün etmişdir. Təqdirəlayiq haldır ki, gənclərimiz xaricdəki həmyaşıdları ilə geniş əlaqələr quraraq beynəlxalq platformalarda da geniş təmsil olunur, ölkəmizin tanıdılması və milli maraqlarımızın qorunması işinə dəyərli töhfə verirlər.Avropa Gənclər Paytaxtının Avropa Gənclər Forumunun 2009-cu ildən etibarən həyata keçirdiyi çox mühüm beynəlxalq layihədir. Gəncə şəhərinin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Azərbaycan üçün, bütün Azərbaycan gəncləri üçün qürurverici bir hadisədir.Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” seçilməsində Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurların və topladığı təcrübənin mühüm rol oynayır.Müstəqillik illərində Azərbaycanda gənclər siyasətinin uğurlu modeli formalaşıb. Hər 5 ildən bir Azərbaycan Respublikasının Prezidenti tərəfindən gənclərlə bağlı dövlət proqramları təsdiq edilir.2016-cı ildə həm Azərbaycan, həm də Avropa gənclərinin diqqəti Gəncəyə yönəldi. İl ərzində Gəncədə gənclərlə bağlı yüzlərlə tədbirin keçirildi. Bu isə qədim şəhərimizi və onun timsalında ölkəmizi daha yaxından tanıtdı, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı.Hazırda ölkəmizdə gənclərin təhsil almasına, idmanla məşğul olmasına, asudə vaxtının səmərəli təşkilinə, istedadlı və yaradıcı gənclərin inkişafına xidmət edən minlərlə təhsil, səhiyyə və mədəniyyət müəssisəsi, digər ictimai obyektlər fəaliyyət göstərir. Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi həm də tarixdə bir ilkdir. Çünki, ilk dəfədir ki, Avropa Birliyinin üzvü olmayan bir ölkənin şəhəri Avropa Gənclər Paytaxtı seçilir. Bunun başlıca səbəbi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin hərtərəfli inkişafına, onların potensialının aşkar edilməsinə və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına şərait yaradılmasıdır.Ümummilli lider Heydər Əliyev ideyalarının əsasında qurulan dövlət gənclər siyasətinin əsas hədəfi müstəqil dövlətin gənc vətəndaşlarını tərbiyə etmək, onların intellektual və yaradıcılıq potensialını gücləndirmək, eləcə də gənc peşəkar mütəxəssislərin dövlət idarəçiliyinə cəlb etməkdir.Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, hazırda ölkə gənclərinin beynəlxalq təşkilatlarla əməkdaşlığına dövlət tərəfindən hərtərəfli dəstək verilir. Azərbaycanda gənclər hərəkatı geniş vüsət alıb.
Nazim Dadaşov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini