Neftçala RİH təşəbbüsü, rayon Gənclər və İdman İdarəsinin və GİKM-in təşkilatçılığı ilə Neftçala rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bayram tədbiri keçirilib.
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hər il 2 fevral Azərbaycan Gəncləri günü kimi qeyd edilir.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və gənclər iştirak edib.

Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, tər gül dəstələri düzülüb, ehtiramla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkədə aparılan uğurlu gənclər siyasətindən, bununla əlaqədar imzalanan fərman və sərəncamlardan, qəbul edilən Dövlət proqramlarının yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar yaratdığını bildirərək Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunduğunu vurğulayıb. Bunun əsas göstəricisi olaraq 44 Günlük Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin rəşadəti ilə 30 ilə yaxın davam edən vətən həsrətinə son qoyuldu və qələbə qazandıq.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günü münasibəti ilə gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.

Bayram tədbiri musiqili kompozisiyalar, sual-cavab və digər əyləncəli oyunlar ilə davam edib.

Tədbirin sonunda 2021-2022-ci il ərzində fərqlənən, fəal gənclər, uğurlar əldə edən gənclər Fəxri Fərman, mükafət və xatirə hədiyyələri təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir