Loading

Müasir Azərbaycan dili mütəxəssisləri bu qənaətdədir ki,türk dillərinin,o cümlədən Azərbaycan dilinin daxili enerjisinin,potensial gücünün,ifadə imkanlarının və lüğət tərkibinin zənginliyi,qrammatik quruluşunun bütövlüyü və s. xüsusiyyətlər dilimizin assimilyasiyasının qarşısını almışdır.Tarixi həqiqət çox doğru olaraq onunla əsaslandırılır ki,digər türk dilləri kimi Azərbaycan dili də ərəb,fars,Avropa dillərinin təsirinə qarşı müqavimət göstərmiş, müasir inkişaf səviyyəsinə gəlib şatmışdır.Hər bir dilin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı,onun yad təsirlərə qarşı müqavimətli olması da böyük rol oynayır.Belə olmadıqda dil assimilyasiya olunar,gələcək nəsillərə gəlib çatmaz,bu əvəzsiz xəzinədən ulularımızdan bizə miras qalan qiymətli sərvətdən hamı məhrum olardı.Dilimiz ərəb və fars dillərinin təsirinə və təqibinə məruz qalsa da,məğlub olmamış,xalqa məxsusluğunu qoruyub saxlamışdır. Hazırda Cənubi Azərbaycanda yaşayan 30 milyon azərbaycanlı doğma dilində məktəblərin yoxluğuna baxmayaraq,Azərbaycan dilini yaşadırlar,bu dil ilə fəxr edir,bu dil ilə sevinclərini,kədərlərini bölüşürlər.

Prezident İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edib. Dövlət başçısının konfransdakı çıxışı dünyada maraqla qarşılanıb.Çıxışı zamanı dövlət başçısı azərbaycan dilinin tədris olunması ilə bağlı mövzuya toxunaraq “İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”  deyə qeyd etmişdir.

Dövlətimizin başçısı bildirib ki: “Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.

 

Fətəli Hüseynov

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir