Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilib.

Vida mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları, müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Vida mərasimi şəhid hərbi qulluqçuların cənazələrinin zala gətirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasim iştirakçılarına şəhid hərbi qulluqçuların xidməti fəaliyyətləri barədə ətraflı məlumat verilib.

Vida mərasimindən sonra şəhid hərbi qulluqçuların cənazələri son mənzilə yola salınmaq üçün İkinci Şəhidlər xiyabanına aparılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir