Bizimneftcala.info xəbər verir ki, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əzizov Xəyyam Əli oğlunun xatirəsinə mini futbol turniri keçirilib. Mini futbol turnirində 14 müxtəlif komandalar mübarizə aparıb və futbol turnirinin finalı keçirilib. Final görüşündə Neftçala RİH məsul şəxsləri, şəhid ailələri, qazilər və digər şəxslər iştirak edib.

Finaldan öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Əzizov Xəyyam Əli oğlu 08 noyabr 1995-ci ildə Neftçala şəhərində anadan olub. Neftçala şəhəri Mehman Səfərov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya məktəbini bitirib. Heydər Əliyev adına Azərbyacan Ali Hərbi Məktəbinin məzunu olub. Arzusu torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi. Xidməti dövründə müxtəlif “Fəxri Fərman” -lar ilə təltif olunub. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 11 noyabr 2020-ci ildə Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, 24 dekabr 2020- ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29 dekabr 2020- ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 24 iyun 2021- ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalıları ilə ölümündən sonra təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir