Türkiyənin Bodrum şəhərindəki yanğının nəzarət altına alındığı açıqlanıb.
Bizimneftcala.info
xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli tvitterdə yazıb. O, 28 iyuldan 1 avqusta qədər ölkədə baş vermiş 112 yanğından 107 -nin söndürüldüyünü bildirib:
“Qalan beş yanğının söndürülməsi üçün səylərimizi davam etdiririk”.
Qeyd edək ki, indiyə kimi yanğınlarda 6 nəfər həlak olub. Azərbaycan da həm texnika, həm də peşəkar canlı heyət göndərərək yanğınların nəzarətə götürülməsinə yardım edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.