Türkiyədə bu gündən etibarən koronavirus peyvəndinin 3-cü dozasının tətbiqinə başlanılır.

BizimNeftcala.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Onun sözlərinə görə, yaşı 50-dən yuxarı olan vətəndaşlarla yanaşı, tibb işçiləri də peyvəndin 3-cü dozasını istədikləri vaksinlə vurdura bilərlər.
Qeyd edək ki, o, bu sözləri Elmi Komitənin iclasında bildirib. İclasda peyvəndin 3-cü dozasının əhəmiyyətli ola biləcəyi ilə bağlı qərara gəlinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir