Loading

Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi bu islahatların özü qədər diqqətçəkici məqamdır. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür. Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılmışdır. Dövlət idarəçiliyində peşəkar kadrların önə çəkilməsi artıq ənənə halını almışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması demək olar ki, bütün sahələrdə yüksək səviyyəli kadr bazasının yaranmasına töhfə verməkdədir. Azərbaycana uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin apardığı siyasətin mərkəzində də məhz bu istiqamət prioritet idi. Ümummilli lider Heydər Əliyev nitqlərində qeyd edirdi: “Dövlət idarəçiliyində səmərəli, təşəbbüskar, xalqını düşünən kadrların idarəçiliyə cəlb edilməsi vacibdir”.

Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyev tərəfindən gənclər siyasəti sahəsində bir sıra qanunlar qəbul edilmiş, müxtəlif illər üzrə inkişaf konsepsiyaları hazırlanmış, gənclər sektorunda görünməmiş uğurlara imza atılmışdır. 2019-cu ildə dövlət başçısının apardığı kadr və struktur islahatları ilə yadda qalan proseslərdə də, perspektivli və təcrübəli gənclərin dövlət idarəçiliyində mühüm postlara təyin olunmasının kifayət qədər nümunələrini görmək mümkündür. Şübhəsiz ki, bütün bu addımlar Azərbaycanda insan inkişafının daha da yüksəlməsinə, əhalimizin sosial-iqtisadi problemlərinin həllinə yönəlir.

Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Və bu gün dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.

 

Anar Güllərli,

YAP Neftçala rayon təşkilatının fəal gənci

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir